Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:145
وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ
145. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
Təfsir
Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil.