Surə 25 · Cüz 19
Al-Furqan · 25:73
وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا
73. Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.
Təfsir
Özlərinə uca Allahın eşidilən və görülən ayələri xatırlandığı zaman onlar eşidilən ayələrə qarşı qulaqları kar və görülən ayələrə qarşı da gözləri kor olaraq davranmazlar.