Surə 25 · Cüz 19
Al-Furqan · 25:72
وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا
72. Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.
Təfsir
Onlar günah işlənilən, haram və qadağan olunan əyləncə məkanları kimi batil yerlərdə vaxt keçirməzlər, boş, lağlağı sözlər danışan və yersiz hərəkətlər edən kimsələrə rast gəldikdə, özlərini onların səviyyəsinə salmadan uca tutaraq, onlara əhəmiyyət vermədən, oradan vüqarla ötüb keçərlər.