Surə 25 · Cüz 19
Al-Furqan · 25:39
وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا
39. Biz onların hamısına məsəllər çəkdik və onların hamısını büsbütün məhv etdik.
Təfsir
Biz, həlak olacaq hər bir qövmə, onların ibrət almaları üçün özlərindən öncə gələn ümmətlərin məhv olmalarının səbəblərini anlatdıq. Biz onların küfr və inadkarlıqlarından dolayı hamısını şiddətli bir əzabla tamamilə məhv etdik.