Surə 25 · Cüz 19

Al-Furqan · 25:38

وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَٰلِكَ كَثِيرًا

38. Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik.

Təfsir

Biz, Hud qövmü Adı, Saleh qövmü Səmudu, quyu sahiblərini və bu üçünün arasında olan neçə-neçə nəsilləri də etdikləri günahlardan dolayı məhv etdik.

Oxuyucuda aç - Surəni tam oxu