Surə 25 · Cüz 18
Al-Furqan · 25:12
إِذَا رَأَتْهُمْ مِنْ مَكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا
12. Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə, onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər.
Təfsir
Kafirlər Cəhənnəmə sürükləndikləri zaman uzaq bir məsafədən Cəhənnəmi gördükdə, Cəhənnəmin onlara qarşı olan qəzəbindən şiddətlə qaynamasını duyacaq və onun dəhşətli uğultusunu eşidəcəklər.