Surə 25 · Cüz 18
Al-Furqan · 25:11
بَلْ كَذَّبُوا بِالسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا
11. Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.
Təfsir
Onlardan nə haqqı tələb etdiklərinə nə də ki, dəlili araşdırmalarına dair bir söz çıxmadı. Onlar, hələ bu azmış kimi üstəlik Qiyamət gününü də yalan saydılar. Biz də Qiyamət gününü yalan sayanlardan ötrü atəşi yandırıb-yaxan əzəmətli bir od hazırladıq.