Surə 24 · Cüz 18

An-Nur · 24:59

وَإِذَا بَلَغَ الْأَطْفَالُ مِنْكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

59. Sizin uşaqlar da həddi-buluğa ça­tanda qoy özlə­rin­dən əv­vəl­kilər yanınıza girmək üçün izin istədikləri kimi izin istə­sinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hikmət sahibidir.

Təfsir

Uşaqlarınız da həddi-büluğ yaşına ça­tanda qoy özlə­rin­dən öncəki böyüklərin hər vaxt evlərə daxil olmaq üçün izin istədikləri kimi onlar da izin istə­sinlər. Allah, izinlə əlaqəli hökmləri sizə izah etdiyi kimi, Öz ayələrini sizə belə izah edir. Uca Allah qulları üçün nəyin daha faydalı olanı biləndir və onlar üçün qanun etdiyi hökmlərdə hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu