Surə 24 · Cüz 18

An-Nur · 24:58

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِيَسْتَأْذِنْكُمُ الَّذِينَ مَلَكَتْ أَيْمَانُكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلَاثَ مَرَّاتٍ ۚ مِنْ قَبْلِ صَلَاةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُمْ مِنَ الظَّهِيرَةِ وَمِنْ بَعْدِ صَلَاةِ الْعِشَاءِ ۚ ثَلَاثُ عَوْرَاتٍ لَكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ ۚ طَوَّافُونَ عَلَيْكُمْ بَعْضُكُمْ عَلَىٰ بَعْضٍ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

58. Ey iman gətirənlər! Sa­hib oldu­ğunuz kölələr və həddi-bu­lu­ğa çatma­yanlar ya­nınıza gir­mək istədikdə qoy üç vaxtda siz­dən izin is­tə­sinlər: sübh na­ma­zından əvvəl, gü­norta palta­rı­nızı çı­xartdı­ğı­nız za­man və ge­cə namazından sonra. Bu sizin çılpaq ola bilə­cə­yi­niz üç vaxt­dır. Qalan vaxt­larda bir-biri­ni­zin yanına ica­zəsiz gir­mək­də nə sizə, nə də onlara heç bir gü­nah gəlməz. Allah ayələri si­zə belə izah edir. Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

Təfsir

Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Kişi və qadın kölələriniz və həddi-bü­lu­ğ yaşına çatma­yan uşaqlarınız ya­nınıza gir­mək istədikdə qoy bu üç vaxtda siz­dən izin is­tə­sinlər. Bu vaxtlar: sübh na­ma­zından əvvəl, yataq paltarlarınızı dəyişib gündüz paltarlarınızı geyindiyiniz vaxt, gü­norta vaxtı palta­rı­nızı yatmaq üçün çıxartdı­ğı­nız za­man və işa namazından sonrakı vaxtdır. Çünki bu vaxt, gündüz paltarınızı çıxarıb yataq paltarınızı geyindiyiniz vaxtdır. Bu üç vaxt, sizin çılpaq ola bilə­cə­yi­niz vaxt­lardır. Bu kimsələr, bu vaxtlarda sizin yanınıza ancaq sizdən izin aldıqdan sonra girə bilərlər. Bu üç vaxtdan başqa qalan vaxt­larda onların sizin yanınıza sizdən izin almadan daxil olmalarında və həmçinin sizin də onların yanına onlardan izin olamdan daxil olmanızda nə sizə, nə də onlara bir gü­nah vardır. Çünki onlar gecə-gündüz daima sizin aranızda olan kimsələrdir və hər dəfə sizin yanınıza daxil olmaq üçün sizdən izin istəmələri onlara çətindir. Uca Allah, evlərə daxil olmazdan əvvəl izin alma hökmlərini sizə açıq-aydın izah etdiyi kimi, şəriətin başqa hökmlərinə dəlalət edən ayələri də sizə belə aşıq-aydın bir şəkildə izah edir. Uca Allah nəyin qulları üçün daha xeyirli olduğunu biləndir və onlar üçün qanun etdiyi hökmlərində də hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu