Surə 24 · Cüz 18
An-Nur · 24:55
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا ۚ وَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
55. Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra əminliklə əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.
Təfsir
Uca Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə düşmənlərə qarşı onlara yardım etməyi və onları özlərindən əvvəlki möminləri yer üzündə hökmran etdiyi kimi onlarıda yer üzündə hökmran edəcəyini vəd vermişdir. Eyni şəkildə Allahın möminlər üçün bəyənib seçdiyi İslam dinini yer üzündə bərqərar edəcəyinə və onların qorxusunu əminliklə əvəz edəcəyinə dair vəd vermişdir. Çünki o möminlər yalnız Mənə ibadət edərlər və heç bir şeyi Mənə şərik qoşmazlar. Bu nemətlərdən sonra hər kim Allaha küfür edərsə məhz onlar Allahın itaətindən çıxanlardır.