Surə 24 · Cüz 18

An-Nur · 24:54

قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ ۖ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا ۚ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ

54. De: “Allaha və Peyğəm­bərə itaət edin”. Əgər üz çe­vir­sə­niz, bi­lin ki, o, an­caq özünə hə­valə edilənə cavab­dehdir, siz də ancaq özü­nüzə həvalə edi­lənə cavab­dehsiniz. Əgər ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız. Pey­ğəm­bərin öh­də­si­nə düşən isə an­caq açıq-aş­kar təbliğ etməkdir.

Təfsir

Ey Peyğəmbər! O münafiqlərə de: "Aşkarda və gizlidə Allaha və Onun Rəsuluna itaət edin. Əgər siz, əmr olunduğunuz işlərdə Allah və Onun Rəsuluna tabe olmaqdan üz çe­vir­sə­niz, bi­lin ki, Peyğəmbərin üzərinə düşən öhdəlik yalnız sizi təbliğ etməkdir. Sizin də üzərinizə düşən öhdəlik isı ona itaət etmək və onun gətirdiklərinə əməl etməkdir. Əgər siz Peyğəmbərin əmr etdiklərini edib və qadağalarından çəkinərək ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız. Pey­ğəm­bərin öh­də­si­nə düşən açıq-aş­kar təbliğ etməkdən başqa bir şey deyildir. Onun sizləri hidayətə gətirmək və bu işdə sizi məcbur etmək cavabdehliyi yoxdur!"

Oxuyucuda aç - Surəni tam oxu