Surə 24 · Cüz 18
An-Nur · 24:51
إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَنْ يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
51. Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır.
Təfsir
Aralarında hökm vermək üçün Allaha və Onun Rəsuluna çağırıldıqda möminlər ancaq: "Biz Allah Rəsulunun sözünü eşidirik və onun əmrinə itaət edirik!" – deyərlər. Dünyada və axirətdə nicat tapanlar da məhz bu sifətlərə sahib olan kimsələrdir.