Surə 24 · Cüz 18

An-Nur · 24:50

أَفِي قُلُوبِهِمْ مَرَضٌ أَمِ ارْتَابُوا أَمْ يَخَافُونَ أَنْ يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ ۚ بَلْ أُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

50. Onların qəlbində xəstə­lik­mi var? Yoxsa onlar şübhə­yə­mi dü­şüb­lər? Ya da Allahın və Onun Elçisinin onlara haq­sız­lıq edə­cək­lərin­dən qorxur­lar? Xeyr, məhz onlar zalım­dırlar.

Təfsir

Onların qəlbində daimi olan bir xəstə­lik­mi var?! Yoxsa onlar Muhəmmədin Allahın Rəsulu olduğuna şübhə­ edirlər?! Ya da Allahın və Onun Rəsulunun hökmündə onlara qarşı haq­sız­lıq edə­cək­lərin­dənmi qorxur­lar? Xeyr, bunun səbəbi, heç də zikir edilən şeylər deyildir. Bunun həqiqi səbəbi, Peyğəmbərin hökmündən üz çevirmələri və onun hökümlərinə qarşı inadkarlıq etmələri üzündən qəlblərindəki xəstəlikdir.

Oxuyucuda aç - Surəni tam oxu