Surə 24 · Cüz 18
An-Nur · 24:48
وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِنْهُمْ مُعْرِضُونَ
48. Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir.
Təfsir
Bu münafiqlər, ixtilaf etdikləri şeylərdə aralarında Peyğəmbərin hökm verməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman qəlblərində olan nifaq səbəbindən Peyğəmbərin onların arasında Allahın hökmü ilə hökm verməsindən üz çevirərlər.