Surə 24 · Cüz 18

An-Nur · 24:47

وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ

47. Münafiqlər: “Allaha və Pey­ğəm­bərə iman gətirdik, itaət et­dik!”– deyir­lər. Bundan son­ra isə onlardan bir dəs­tə üz çe­virir. On­lar mömin deyillər.

Təfsir

Münafiqlər: "Allaha və Rəsuluna iman gətirdik, Allaha və Rəsuluna itaət et­dik!" – deyir­lər və bundan son­ra isə onlardan bir dəs­tə iman və itaətdən üz çe­virir. Allaha və Rəsuluna iman və itaət etdikləri iddiasına olduqdan sonra Allah yolunda cihad etmə əmri xüsusunda və digər əmrlərdə Allaha və Rəsuluna itaət etməzlər. Allah və Onun Rəsuluna itaət etməkdən üz çevirən o kimsələr, hətta özlərinin iman gətirdiklərini iddia etsələrdə, mömin deyillər.

Oxuyucuda aç - Surəni tam oxu