Surə 24 · Cüz 18

An-Nur · 24:45

وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِنْ مَاءٍ ۖ فَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ بَطْنِهِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ أَرْبَعٍ ۚ يَخْلُقُ اللَّهُ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

45. Allah hər bir canlını su­dan ya­rat­mışdır. Onlardan bə­zisi qar­nı üstə sü­rü­nür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şüb­hə­siz ki, Allah hər şeyə qadirdir.

Təfsir

Allah yer üzündə gəzib dolaşan canlını bir qətrə nütfədən (spermadan) ya­rat­mışdır. Onlardan bə­ziləri ilan kimi qar­nı üstə sü­rü­nürək hərəkət edər, bəziləri insan və quş kimi iki ayaq üstündə gəzir, bəziləri də dördayaqlı heyvanlar kimi dörd ayaq üstündə gəzir. Uca Allah, zikir edilənlərdən və zikir edilməyənlərdən istədiyi canlıları yaradır. Şüb­hə­siz ki, Allah hər şeyə qadirdir. Heç bir şey Onu aciz etməz!

Oxuyucuda aç - Surəni tam oxu