Surə 24 · Cüz 18
An-Nur · 24:44
يُقَلِّبُ اللَّهُ اللَّيْلَ وَالنَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ
44. Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət var.
Təfsir
Uca Allah, uzun və qısa, gediş və gəliş olmaqla gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, sizə zikir edilən bu ayələrdə bəsirət sahibləri üçün uca Allahın rübubiyyətinə, qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillər və ibrətlər vardır.