Surə 24 · Cüz 18

An-Nur · 24:4

وَالَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ ثُمَّ لَمْ يَأْتُوا بِأَرْبَعَةِ شُهَدَاءَ فَاجْلِدُوهُمْ ثَمَانِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا لَهُمْ شَهَادَةً أَبَدًا ۚ وَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ

4. İsmətli qadınları zinada gü­nah­lan­dırıb, sonra dörd şa­hid gə­tir­­mə­yən kəs­lərə səksən çu­buq vurun və onların şa­hid­li­yini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.

Təfsir

Ey qazılar və ya hökm sahibləri! Namuslu, iffətli qadın və kişiləri zinada gü­nah­lan­dırıb, sonra atdıqları bu zina iftirasına dair dörd şa­hid gə­tirə bil­­mə­yən kəs­lərə səksən çu­buq vurun və onların şa­hid­li­yini əbədiyyən qəbul etməyin. Namuslu, iffətli qadın və kişilərin zina etdiklərinə dair iftira atanlar, Allahın itaətində çıxmış kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu