Surə 24 · Cüz 18

An-Nur · 24:3

الزَّانِي لَا يَنْكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنْكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى الْمُؤْمِنِينَ

3. Zinakar kişi ancaq zina­kar və ya müşrik bir qadınla evlə­nə bilər. Zina­kar qadın da yal­nız zi­nakar və ya müş­rik bir kişiyə ərə ge­də bi­lər. Mömin­lərə isə bu, ha­ram edilmişdir.

Təfsir

Uca Allah, zinanın çirkin bir əməl olmasından dolayı, zinaya alışan bir kişinin ancaq özü kimi zina­ edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir qadınla evlə­nmək istədiyini və həmçinin zinaya alışan bir qadının da özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir kişi ilə evlə­nmək istədiyini xəbər vermişdir. Həm zina­kar qadınla evlənmək, həm də zina­kar bir kişini evləndirmək mömin­lərə ha­ram edilmişdir.

Oxuyucuda aç - Surəni tam oxu