Surə 23 · Cüz 18

Al-Mu'minun · 23:91

مَا اتَّخَذَ اللَّهُ مِنْ وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَٰهٍ ۚ إِذًا لَذَهَبَ كُلُّ إِلَٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

91. Allah Özünə heç bir öv­lad gö­tür­məmişdir. Onunla ya­naşı iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Əks təqdirdə hər bir mə­bud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Allah on­ların Ona aid et­dik­ləri si­fət­lərdən uzaq­dır.

Təfsir

Uca Allah kafirlərin iddia etdikləri kimi Özünə heç bir öv­lad gö­tür­məmişdir və Onunla ya­naşı iba­dətə layiq olan heç bir haqq mə­bud da yoxdur. Əgər Onunla yanaşı haqq bir məbud olsaydı, bu zaman hər bir məbud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və sonda on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Beləliklə də, aləmin nizamı alt-üst olardı. Amma həqiqət budur ki, belə bir şey əsla olmamışdır. Bu da, ibadətə layiq olan haqq məbudun yalnız uca Allahın olduğuna dəlalət etməkdədir. Həqiqətən Allah, müşriklərin Onun övladı və şəriki olduğuna dair iddialarından pak və ucadır.

Oxuyucuda aç - Surəni tam oxu