Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:90
بَلْ أَتَيْنَاهُمْ بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ
90. Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!
Təfsir
Xeyr, həqiqət heç də onların iddia edikləri kimi deyildir. Əksinə, Biz onlara, içində heç bir şəkk-şübhə olmayan haqqı gətirdik. Onlar isə Allahın övladı və şəriki olduğunu iddia edərək haqqı yalan sayırlar. Allah isə onların dedikləri batil sözlərindən uca və böyükdür!