Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:47
فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ
47. Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
Təfsir
Firon və qövmünün zadəgan təbəqəsindən olanları dedilər: "Onların bizdən heç bir üstün cəhəti olmadığı və qövmləri (İsrail oğulları) da bizə boyun əyib, itaət edən bir kölə olduğu halda bu zaman biz özümüz kimi iki adama imanmı gətirəcəyik?!"