Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:46
إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ
46. Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər.
Təfsir
Biz, Musa və onun qardaşı Harunu, Fironun və qövmünün zadəgan təbəqəsindən olanların yanına göndərdik. Onlar isə təkəbbürlük göstərərək Musa və Haruna iman etməyi qəbul etmədilər. Onlar insanlara əzab-əziyyət verməklə özlərini yüksək tutan bir toplum idilər.