Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:101
فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ
101. Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.
Təfsir
Sura üfürməklə müvəkkəl olan İsrafil, qiyamətin qopmasını bildirmək üçün sura ikinci dəfə üfürdükdə, qiyamətin dəhşəti səbəbindən öz aralarında öyünüb fəxir etdikləri qohumluq əlaqəsi qalmayacaq və hər kəs öz canının hayında olduğu üçün heç kəs bir-birindən hal-əhval tutmayacaqdır.