Surə 23 · Cüz 18
Al-Mu'minun · 23:100
لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
100. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır.
Təfsir
Bəlkə mən, dünya həyatına geri qayıtsam saleh əməllər edərəm"- deyər. Xeyr! Bu, heç də onun istədiyi kimi deyil. Şübhəsiz ki, bu, onun dediyi boş sözdən başqa bir şey deyildir. Əgər o, bir daha dünya həyatına geri döndərilmiş olsaydı, verdiyi sözü yerinə yetirməzdi. Vəfat etmiş belə kimsələr yenidən dirilənə qədər dünya və axirət arasında olan bərzəx aləmində olacaqlar və onlara tərk etdikləri şeyləri əldə etmək və zay etikləri şeyləri isə islah etmək bir daha dünya həyatına geri dönməyə əsla izin verilməyəcəkdir.