Surə 22 · Cüz 17

Al-Hajj · 22:63

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ

63. Məgər Allahın göydən yağış yağ­dırdığını və onunla yer üzü­nü yaşıllığa bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah Lütf­kardır, Xəbər­dardır.

Təfsir

Ey Peyğəmbər! Məgər Allahın göydən yağış yağ­dırdığını və bundan sonra yer üzü­nü yamyaşıl bitkilərlə bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah yağış yağdırmaqla və bu yağış vasitəsilə yer üzündə müxtəlif növ bitkilər bitirməklə qullarına qarşı lütf­karlıq edəndir və onlara nəyin daha faydalı olduğunu biləndir. Bunlardan Ona heç bir şey əsla gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu