Surə 22 · Cüz 17
Al-Hajj · 22:62
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
62. Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.
Təfsir
Uca Allahın gecəni gündüzə və gündüzü də gecəyə qatmasının səbəblərindən biri də Onun, dininin, vədinin və möminlərə yardım edəcəyinin haqq, müşriklərin Ondan başqa ibadət etdikləri bütlərin isə batil və əsassız məbudlar olduğu üçündür. Həqiqətən, uca Allah zatı ilə bütün məxluqatı üzərində mütləq güc-güvvət sahibidir. O, əzəməti və cəlalı ilə ən uca və ən böyükdür.