Surə 22 · Cüz 17

Al-Hajj · 22:6

ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

6. Bunun səbəbi Allahın Haqq ol­masındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir.

Təfsir

Sizlərə zikir etdiyimiz bu şeylər - yaradılışınızın başlanğıcı və dünyaya gələnlərin yaradılış mərhələləri - ibadət etdiyiniz bütlərin tam əksi olaraq, sizləri yaradan və Özü barədə heç bir şəkk-şübhə olmayan, haqq olan Uca Allaha iman etməniz, Onun ölüləri dirildəcəyini, hər şeyə qadir olduğunu və heç bir şeyin Onu aciz edə bilməyəcəyini qəbul etməniz üçündür.

Oxuyucuda aç - Surəni tam oxu