Surə 22 · Cüz 17
Al-Hajj · 22:5
يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي رَيْبٍ مِنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِنْ مُضْغَةٍ مُخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنْ بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنْبَتَتْ مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ
5. Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.
Təfsir
Ey insanlar! Öldükdən sonra sizi yenidən diriltməyə qadir olduğumuza şübhə edirsinizsə elə isə ilk yaradılışınızı yada salıb, bir düşünün. Biz atanız Adəmi torpaqdan, onun zürriyyətindən gələn insanları isə kişinin qadının bətninə buraxdığı nütfədən yaratdıq. Bunun ardından həmə nütfə laxtalanmış qana, daha sonra isə bu nüftə, çeynənmiş ət parçaına oxşar bir hala düşər. Sonra bu ət parçası tam bir şəkilə salınmış halda dünyaya göz açana qədər ana bətnində qalar. Bəzəndə tam bir şəkilə salınmamış halda ana bətni onu vaxtından əvvəl salar. Sizi mərhələli bir şəkildə yaratmağımızın hamısı qüdrətimizi sizə bəyan etmək üçündür. Biz bətnlərdəkiləri istədiyimizi müəyyən bir vaxt yetişənə qədər saxlayırıq. Bu müddət doqquz aydır. Sonra sizi analarınıızın bətnindən uşaq olaraq doğurub çıxardırıq, sonra da sizi qüvvətin və ağılın ən kamillik həddinə qədər çatdırırıq. Sizdən bəziləri bu vaxt gəlmədən öncə vəfat edər, bəziləriniz də qüvvətinin və ağlının zəyiflədiyi, ömrünün ən ixtiyar yaşına qədər yaşayar və vaxtilə bildiyi şeyləri tamamilə unudub körpə bir uşaq kimi olar. Sən yer üzünü cansız və bitkisi olmayan bir halda görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, cana gəlib, qabarar və cürbəcür gözəl mənzərəli bitkilər bitirir.