Surə 22 · Cüz 17
Al-Hajj · 22:29
ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ
29. Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim Evi təvaf etsinlər.
Təfsir
Sonra həccin qalan ayinlərini tamamlasınlar, saçlarını qırxaraq, dırnaqlarını kəsmək və ihramda olmaları səbəbindən üzərlərinə yığılmış kirlərdən bədənlərini təmizləyərək ihram libasından çıxsınlar, həcc və ya ömrə yaxud qurban kimi özlərinə vacib etdikləri ibadətləri yerinə yetirsinlər və Uca Allahın zalımların əlindən qurtardığı qədim Kəbə evini təvaf etsinlər!