Surə 22 · Cüz 17

Al-Hajj · 22:28

لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَعْلُومَاتٍ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۖ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ

28. Qoy onlar öz mənfəətlə­rinin şa­hi­di olsunlar və məlum gün­lər­də Alla­hın onlara ver­di­yi heyvanları qurban kə­sər­kən Allahın adı­nı çəksinlər. Onlar­dan özü­nüz də yeyin, sıxıntı için­də olan yox­sul­lara da ye­dir­din!

Təfsir

Qoy insanlar günahların bağışlanması, savab əldə etmək və müsəlmanların həqiqətən də tək bir ümmət olması və s. bu kimi öz mənfəətlə­rinin şa­hi­di olmaları üçün həccə gəlsinlər və məlum gün­lər­də, yəni: zülhiccə ayının onuncu günü və sonrakı üç gündə Allahın sizə ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmən heyvanlardan qurban kəssinlər. Bu həcc qurbanlarından həm özü­nüz də yeyin, həmdə ki, fəqir olan ehtiyac sahiblərinə ondan ye­dir­din!

Oxuyucuda aç - Surəni tam oxu