Surə 22 · Cüz 17
Al-Hajj · 22:26
وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ
26. Bir zaman Biz İbrahimə müqəddəs Evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– demişdik.
Təfsir
Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Biz İbrahimə - aleyhissəlam - müqəddəs evin yerini və bilinməyən hüdudlarını göstərib: "Mənə ibadətdə heç bir şeyi şərik qoşma, yalnız tək Mənə ibadət et və evimi də orada təvaf edənlər və namaz qılanlar üçün hissi və mənəvi pisliklərdən təmizlə!" – deyə vəhy etdik.