Surə 22 · Cüz 17

Al-Hajj · 22:25

إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ ۚ وَمَنْ يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ

25. Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün in­sanlar – is­tər yerlilər, istərsə də gəlmələr – üçün qur­duğumuz Məscidulharamdan sap­dı­ranlara və orada zülm et­məklə haq­dan dön­mək istə­yən­lərə ağrılı-acılı bir əzab daddı­racağıq.

Təfsir

Şübhəsiz ki, Uca Allahı inkar edənlərə, insanların İslamı qəbul etməsinə mane olanlara, Hüdeybiyyə ilində müşriklərin etdikləri kimi insanların Məscidulharama daxil olmalarına izin verməyənlərə şiddətli əzab daddı­racağıq. Biz bu məscidi, insanlar üçün namazlarında qiblə, həcc və ömrə ayinlərinin icrası üçün müqəddəs bir yer qıldıq. Oranı, Məkkənin yerli əhalisi və gəlmələr üçün eyni səviyyədə etdik. Kim orada haqqdan meyil edərək qəsdən günah et­mək istəyərsə, ona ağrılı-acılı bir əzab daddı­rarıq.

Oxuyucuda aç - Surəni tam oxu