Surə 22 · Cüz 17

Al-Hajj · 22:2

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُمْ بِسُكَارَىٰ وَلَٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ

2. Onu görəcəyiniz gün hər bir əm­zikli qadın əmiz­dirdi­yi­ni unu­da­caq, hər bir hamilə qa­dın bət­nin­dəkini sala­caqdır. İnsan­ları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir.

Təfsir

Qiyamətin qorxulu və dəhşətli anlarını gözlərinizlə görəcəyiniz gün, körpəsini əmizdirən hər bir qadın əmiz­dirdi­yi­ni unu­da­caq, qorxunun şiddətindən hər bir hamilə qa­dın bət­nin­dəkini vaxtından əvvəl sala­caqdır. O günün qorxusundan ağıllarının getdiyi üçün sanki sən insanları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar heç də şərab içdikləri üçün sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir. Elə bu əzabın şiddəti ağıllarını başlarından almışdır.

Oxuyucuda aç - Surəni tam oxu