Surə 22 · Cüz 17

Al-Hajj · 22:1

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ

1. Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sar­sın­tı­sı müdhiş bir şey ola­caq­.

Təfsir

Ey insanlar! Sizə əmr etdiklərimi yerinə yetirərək və qadağan etdiklərimdən çəkinərək Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət günü yerin lərzəyə gəlməsi və o gün başqa qorxulu və dəhşətli hadisələrin baş verməsi olduğca əzəmətli bir şey ola­caqdır­. Elə məhz buna görə də Uca Allahı razı salacaq əməl edərək o gün üçün hazırlaşmaq lazımdır.

Oxuyucuda aç - Surəni tam oxu