Surə 2 · Cüz 1

Al-Baqarah · 2:85

ثُمَّ أَنْتُمْ هَٰؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ يَأْتُوكُمْ أُسَارَىٰ تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ ۚ فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَٰلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَىٰ أَشَدِّ الْعَذَابِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

85. Bu əhddən sonra siz yenə də bir-bi­rini­zi öldürür, özü­nüz­­dən olan bir dəs­təni öz yurd­undan çı­­xarır, onlara qar­şı pislik və düş­mən­çi­lik et­mək­də bir-biri­ni­zə kömək edir­si­niz. Onlar əsir tu­tu­­lub ya­nı­nı­za gə­tiriləndə, fidyə ve­rib on­ları azad edirsiniz. Hal­bu­ki on­ları yurdların­dan çıxart­maq si­zə haram edil­mişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, di­gər qis­minə küfr edirsi­niz?! Siz­lər­dən bunu edənin cəzası dünya hə­­yatında ancaq rüsvay ol­maq, Qi­ya­mət gü­nü isə ən şid­dətli əzaba düçar olmaqdır. Allah sizin et­dik­lə­riniz­dən qafil de­yil­dir.

Təfsir

Bundan sonra siz bu əhd-peymana müxalif olub bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni, düşmənlərlə əlbir olub onlara düşmənçilik və zülm edərək öz yurdundan çıxarırsınız. Düşmənlər onları əsir tutub yanınıza gətirəndə, fidyə verib onları əsirlikdən azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Tövratda əsir azad etmək kimi hökmü vacib olan bir qisim əməllərə iman edib, haqsız yerə qan tökmək və bir-birinizi öz yurdundan çıxarmaq kimi hökmü haram olan digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında zəlil və rüsvay olmaq, qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir. Əksinə O, sizin nə etdiklərinizi görür və qiyamət günü sizə əməllərinizin müqabilini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu