Surə 2 · Cüz 1
Al-Baqarah · 2:84
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ
84. O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz.
Təfsir
Xatırlayın ki, bir zaman Biz Tövratda sizdən bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmağın haram olması barədə əhd aldıq. Sonra siz həmin əhd-peymanı etiraf etdib onun doğruluğuna şahid oldunuz.