Surə 2 · Cüz 1

Al-Baqarah · 2:75

۞ أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

75. Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan elə bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər.

Təfsir

-Ey möminlər!- Siz yəhudilərin həqiqi halını və onların inadkarlıqlarını bildikdən sonra sizin cağırışınıza cavab verib sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki onların içərisində olan alimlərindən elə bir camaat vardır ki, tövratda onlara nazil olan Allahın kəlamını dinləyər, onu anlayıb başa düşdükdən sonra isə sözlərini və mənalarını təhrif edirlər. Onlar bunun Allah qatında böyük günah olduğunu bilirdilər.

Oxuyucuda aç - Surəni tam oxu