Surə 2 · Cüz 1

Al-Baqarah · 2:74

ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

74. Sonra bunun ardınca qəlb­ləriniz sərtləşib daş ki­mi, hət­­ta ondan da sərt oldu. Həqi­qə­­tən, daş­lardan eləsi var ki, içə­ri­sin­dən çaylar qaynayıb çı­xar. On­lardan elə­si də var ki, yarılar, içə­ri­sindən su çıxar. Eləsi də var ki, Allahın qorxu­sundan yuvarla­nıb ye­rə dü­şər. Allah sizin et­diklərinizdən qafil de­yil­dir.

Təfsir

Bu təsirli öyüd-nəsihətdən və açıq-aydın möcüzələrdən sonra qəlbləriniz yenə sərtləşib daş kimi hətta daşdan da daha sərt oldu. Qəlbləriniz olduğu bu halından heç vaxt yaxşiya doğru dəyişməz, daşlar isə dəyişər. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, və içərisindən insanların da heyvanların da bəhrələnə biiləcəyi yerdə axar suyu olan bulaqlar çıxar. Bu daşlardan eləsi də var ki, Allahın qorxusundan dağın ən hündür yerindən yuvarlanıb yerə düşər. Amma sizin qəlbləriniz isə heç də belə deyil. Allah sizin nə etdiklərinizdən, qafil deyildir, əksinə, O, sizin nə etdiklərinizi bilir və etdiyiniz əməllərin mükafatını verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu