Surə 2 · Cüz 1

Al-Baqarah · 2:60

۞ وَإِذِ اسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ ۖ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ ۖ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

60. O zaman Musa öz qövmü üçün su istədikdə, Biz: “Əsan­la da­şa vur!”– de­dik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbi­lə su içə­cəyi yeri ta­nıdı. Onlara de­dik: “Allahın si­zə verdiyi ruzi­dən ye­yin-için və yer üzün­də fəsad yaymağa səy göstərməyin!”

Təfsir

Siz səhrada olan zaman sizə şiddətli susuzluq baş verdikdə Allahın sizə olan nemətini xatırlayın. Belə ki, Musa (Aleyis-salam) Rəbbinə yalvarıb sizə yağış yağdırmağı istədi. Bu zaman Allah ona əsasını daşa vurmağı əmr etdi. Musa, əsanı daşa vuran kimi daşdan qəbilələrinizin sayı qədər, on iki çeşmə qaynayıb su çıxdı və hər bir çeşmədən su fışqırdı və biz qəbilələr arasında mübahisə olmaması üçün hər bir qəbilənin ona aid olan çeşməsini göstərib sizə belə dedik: "Heç bir zəhmət çəkmədən Allahın sizə bəxş etdiyi ruzidən yeyib için və yer üzündə fitnə-fəsad törətməyin!".

Oxuyucuda aç - Surəni tam oxu