Surə 2 · Cüz 1

Al-Baqarah · 2:59

فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنْزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ

59. Zülm edənlər özlərinə de­yilən sözü başqası ilə dəyiş­dilər. Biz də zülm edənlərə, et­dikləri günaha görə göydən əzab gön­dər­dik.

Təfsir

Özlərinə zülm edənlər isə onlara əmr olunan əməli başqa bir əməllə dəyişib onlara deyilən sözü təhrif etdilər. Belə ki, oraya yanları üstə sürünə-sürünə, Uca Allahın əmrinə istehza edərək: "Sünbülün üstündəki buğda" –deyərək daxil oldular. Biz də zalımların Allahın əmrinə müxalif olub şəriətin hüdudlarını aşdıqlarına görə, əməllərinin müqabili olaraq onlara göydən əzab göndərdik.

Oxuyucuda aç - Surəni tam oxu