Surə 2 · Cüz 3

Al-Baqarah · 2:277

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

277. Həqiqətən, iman gəti­rib saleh əməllər edən, na­maz qılan və zəkat ve­rənlərin Rəbbi­ ya­nında mükafatları vardır. On­la­ra heç bir qorxu yox­dur və onlar kədərlənməyə­cək­lər.

Təfsir

Həqiqətən, Allaha iman gətirib Onun rəsuluna tabe olan, saleh əməllər edən, na­mazı Allahın əmr etdiyi kimi tam şəkildə qılan və mallarının zəkatını, zəkat almağa layiq kimsələrə ve­rənlərin mükafatları Rəbbi­ ya­nındadır. Axirətdə onların heç bir qor­xusu yox­dur və on­lar əldə edə bilmədikləri dünya və onun nemətlərinə görə də kədərlən­məzlər.

Oxuyucuda aç - Surəni tam oxu