Surə 2 · Cüz 3

Al-Baqarah · 2:276

يَمْحَقُ اللَّهُ الرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

276. Allah sələmi puç edər, sə­dəqə­ləri isə artırar. Allah küfr və gü­nah işlərdə israr edən kimsələri sev­məz.

Təfsir

Allah sələm ilə qazanılan malı ya hissi tələf etməklə, ya da həmin malın bərəkərini almaqla mənən məhv edər. Allah sə­dəqə­ləri isə artırar və onun savabını qat-qat çoxaldar və hər yaxşılığa, onun on mislindən ta yeddi yüz qatınadək hətta bundan da daha artıq əvəz verilər və sədəqə verən kimsələrin mallarına bərəkət verər. Allah hər bir kafr, inadkar, haramı halallaşdıran asi və günah əməllərdə israrlı olan kimsələri sev­məz.

Oxuyucuda aç - Surəni tam oxu