Surə 2 · Cüz 3

Al-Baqarah · 2:272

۞ لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَٰكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ ۗ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ ۚ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ ۚ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ

272. Onların hidayətə gəlmə­si sənə aid deyildir. Lakin Allah is­tədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli şeylərdən xərclədikləriniz sizin özü­nüz üçündür. Siz möminlər onu ancaq Alla­hın Üzünü di­lədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolun­da nə xərclə­səniz, əvəzi si­zə tam ve­rilər və sizə zülm edil­məz.

Təfsir

Ey Peygəmbər! Onların haqqı qəbul edib hidayətə gəlmə­ləri və haqqa tabe olub ona boyun əymələri də sənə aid deyildir. Sənə vacib olan yalnız onlara doğru yolu göstərib, tanıtmaqdır. Çünki haqqa və doğru yola müvəffəq olmaq ancaq Allahın əlindədir və O, istədiyini dogru yola yönəldir. Xeyirli şeylərdən xərclədiklərinizin mənfəti sonda sizə qayıdacaqdır, çünki Allahın buna ehtiyac yoxdur. Elə buna görə də xərclədiyinizi ixlasla, Allah üçün xərcləyin. Həqiqi möminlər isə mallarını yalnız Allahın razılığını qazanmaq üçün xərcləyirlər. Malınızdan Allah yolun­da az və ya çox olmasından aslı olayaraq nə xərclə­səniz, Allah onun əvəzi heç bir naqislik olmadan si­zə tam ve­rilər və şübhəsiz ki, Allah heç kimə zülm etməz.

Oxuyucuda aç - Surəni tam oxu