Surə 2 · Cüz 3

Al-Baqarah · 2:271

إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ ۚ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

271. Sədəqələri aşkarda ve­rsəniz, bu çox gözəl olar. Əgər onu yox­sullara giz­lində versə­niz, bu sizin üçün daha xeyirli olar. Allah si­zin bə­zi günahla­rınızdan keçər. Allah nə etdik­lərinizdən xəbər­dardır.

Təfsir

Malınızdan sədəqə verdikdə onu aşkar verməyiniz necə də gözəldir. Əgər onu yox­sullara giz­lində versə­niz, bu sizin üçün aşkar verməkdən daha xeyirli olar. Çünki gizli sədəqə vermək ixlasa daha yaxındır. İxlas əhlinin sədəqələri, onların günahlarının üstünü örtməsinə və onların bağışlanmnasına səbəbdir. Allah nə etdik­lərinizdən xəbər­dardır və əməllərinizdən heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu