Surə 2 · Cüz 1

Al-Baqarah · 2:27

الَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۚ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

27. O kəsləri ki, Allahla əhd-pey­man bağladıqdan sonra onu po­zur, Allahın birləşdirilməsini əmr etdi­yini kə­sir və yer üzündə fit­nə-fəsad törə­dirlər. Məhz on­lar ziyana uğ­rayan­lardır!

Təfsir

O kəslər ki, tək Allaha ibadət etmək və əvvəlki elçilərin xəbər verdiyi elçiyə tabe olmaq əhdini bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyi qohumlarla əlaqələri kəsir və günah işlər görməklə yer üzündə fitnə-fəsad törədirlər - məhz belələri dünyada və axirətdəki payları naqis olanlardır!

Oxuyucuda aç - Surəni tam oxu