Surə 2 · Cüz 1

Al-Baqarah · 2:26

۞ إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي أَنْ يَضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ ۖ وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۘ يُضِلُّ بِهِ كَثِيرًا وَيَهْدِي بِهِ كَثِيرًا ۚ وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ

26. Heç şübhəsiz ki, Allah ağca­qa­nadı və on­dan da kiçik olanı məsəl çəkmək­dən utan­maz. İman gə­tirənlər bilir­lər ki, bu, on­ların Rəbbindən gələn haq­dır. Küfr edən­lər isə deyir­lər: “Bu mə­səl­lə Allah nə de­mək istəyir?” Hal­buki Allah bu­nun­la bir çox­larını sap­dırır, bir çox­la­rı­nı da haqq yoluna yö­nəl­dir. O, bu­nunla məhz fasiqləri sapdırır.

Təfsir

Əlbəttə, Pak və Uca Allah istədiyi hər hansı bir şeyi misal çəkməkdən əsla utanmaz. Allah, ağcaqanadan istər böyük, istərsə də kiçik olan məxluqatlar ilə misal gətirməkdən çəkinməz. İnsanlar belə misalların qarşısında iki qisimdir: Bu misallara iman edənlər və küfür edənlər: İman gətirənlər bu misalların doğruluğunu təsdiq edər və belə misalların, öz Rəbbləri tərəfindən çəkilməsinin bir hikməti olduğunu dərk edərlər. Amma kafirlərə gəldikdə isə onlar, istehza edərək bir-birlərindən: "Allahın, ağcaqanadı, milçəyi, əqrəbi və s. bu kimi həqir məxluqatı misal çəkməsinin səbəbi nədir" -deyə soruşarlar. Bu zaman Allah onlara belə cavab verir ki, Allahın bu misalları çəkməsində, insanlar üçün hidayət, yönləndirmə və imtahanlar vardır. Allah onların bir çoxunu bu misallar haqqında düşünməkdən üz çevirdiklərinə görə azdırmışdır. Çoxları isə bu misalları düşünüb ibrət aldıqlarına görə Allah onlara hidayət bəxş etmişdir. Haqdan yalnız münafiqlər kimi, Allahın itaətindən çıxan, azğınlığa layiq olan insanlar azar.

Oxuyucuda aç - Surəni tam oxu