Surə 2 · Cüz 3

Al-Baqarah · 2:259

أَوْ كَالَّذِي مَرَّ عَلَىٰ قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْيِي هَٰذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۖ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَانْظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ ۖ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

259. Və ya damları uçulub xa­rabalığa çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni görmədinmi? O de­miş­di: “Görəsən, Allah bu kəndi ölü­mündən sonra necə dirildə­cək?” Allah onu öl­dürüb yüz il saxladı, sonra dirildib: “Nə qə­dər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və iç­diyinə bax, hələ də xarab ol­mayıb. Uzun­qu­la­ğına da bax! Səni belə etdik ki, insan­lar üçün bir dəlil olasan. Sü­mük­lə­rə bax, gör Biz onları ne­cə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü ətlə örtürük.” Ona həqiqət bəlli olduqda: “Mən ar­tıq bilirəm ki, Allah hər şeyə qa­dir­dir!”– dedi.

Təfsir

Yaxud da damları çökmüş, divarları uçulmuş, sakinləri həlak olub xa­rabalığa və susuz düzənliyə çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni gördünmü? O kimsə təcüblənərək de­miş­di: "Allah bu kəndin sakinləri öldükdən sonra onu necə dirildə­cəkdir?". Allah onu yüz il müddətində ölü saxladı, sonra dirildib ondan: "Nə qə­dər ölü qaldın?"– deyə soruşdu. O: "Bir gün və ya bir gündən də az müddət ölü qaldım!"– deyə cavab verdi. Allah buyurdu: "Əksinə, sən tam yüz il ölü qaldın. Yediyinə və iç­diyinə bax, bunlar xarab ol­madan əvvəlki halında qaldı. Baxmayar ki, yekək-içmək tez bir zamanda xarab olur. Ölmüş uzun­qu­la­ğına da bax! Biz səni insan­lar üçün, onlar öldükdən sonra Allahın onları yenidən diritməyə qadir olduğuna dəlalət edən açıq-aydın bir əlamət edəcəyik. Uzun­qu­la­ğının dağılmış və bir-dirindən uzaq düşmüş sü­mük­lə­rinə də bax, gör Biz onları ne­cə qaldırır və necə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü necə ətlə örtürük və onu bir daha necə həyata qaytarırıq". O, buna şahid olub, həqiqət ona bəlli olduqda, bunu etiraf edərək: "Mən ar­tıq, Allahı hər şeyə qa­dir olduğunu bildim­!"– dedi.

Oxuyucuda aç - Surəni tam oxu