Surə 2 · Cüz 3
Al-Baqarah · 2:258
أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ ۖ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
258. Allahın verdiyi hakimiyyətə görə, İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə, Nəmrud: “Mən də, həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də, onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.
Təfsir
Ey Peyğəmbər! Sən, İbrahim - aleyhissəlam - ilə Allahın Rəbb olması və təkliyi barədə mücadələ edən tağutun cürətindən daha təcüblü bir şey gördünmü?! O, Allaha qarşı cürət etdi, çünki Allah ona mal-dövlət verdi o isə bunun əvəzində həddini aşdı. İbrahim ona Rəbbinin sifətlərini bəyan edərək dedi: "Mənim Rəbbim bütün məxluqatı dirildir və öldürür!". O azğın inadkarlıq edərək: "Mən də, dirildirəm və öldürürəm, belə ki, istədiyimi öldürürəm və istədiyimi də əff edirəm!"– dedi. Bu zaman İbrahim - aleyhissəlam - ona daha tutarlı bir dəlil gətirərək belə dedi: "Mənim ibadət etdiyim Rəbbim günəşi məşriq tərəfdən gətirir, sən isə onu məğrib tərəfdəndən gətir!". Bu zaman o azğın çaşbaş qaldıb, heç bir söz deyə bilmədi və dəlilin qüvvətindən məğlub oldu. Allah zalımlərin zülmünə və tüğyanına görə onları Öz doğru yola yönəlməyə müvəffəq etməz.