Surə 2 · Cüz 2

Al-Baqarah · 2:234

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

234. Sizlərdən ölənlərin qo­yub get­diyi zövcələr dörd ay on gün göz­ləmə­lidirlər. Onla­rın gözlə­mə müddəti­ bi­tdikdə öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah nə etdiklərinizdən xə­bər­dardır.

Təfsir

Sizlərdən ölənlərin və özlərindən sonra tərk etdiyikləri hamilə olmayan zövcələri, özlərini dörd ay on gün müddətində gözləməsi vacibdir. Onlara bu müddət ərzində ərinin evindən kənara çıxması, zinət əşyalarından istifadə etməsi və ərə getməsi caiz deyildir. Ey Vəlilər! Onların gözləmə müddəti­ bitdikdən sonra, bu müddət ərzində onlara qadağan olan şeyləri, şəriətə və adətə müvafiq qayda üzrə, özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır, aşkara çıxartdıqınız və gizlində saxladıqınız işlərdən Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin müqabilini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu